"Orion" Yerə qayıdır | Canlı yayım
Ən yaxın nöqtədə “Orion” Ay səthindən 6550 kilometr məsafədə olub. Ekipaj təxminən beş saat ərzində Ayın Günəş işığı ilə işıqlanan səthini müşahidə edib. Astronavtlar ilk dəfə olaraq Ayın uzaq tərəfini əvvəlki “Apollo” missiyalarından daha yüksək və daha geniş baxış nöqtəsindən araşdırıblar.
Onlar, həmçinin Ay səthinə düşən meteoritləri müşahidə edib və Günəşin Ayın arxasında gizləndiyi, tacının göründüyü unikal nöqtədən tutulmanı izləyiblər.
Uçuş zamanı kraterlərin, yamacların və digər geoloji strukturların ölçüsü, forması və rəngi daxil olmaqla müxtəlif xüsusiyyətlər sənədləşdirilib.
NASA-nın məlumatına görə, ekipajda NASA astronavtları Rid Vaysman (Reid Wiseman), Viktor Qlover (Victor Glover) və Kristina Kox (Christina Koch), eləcə də Kanada Kosmik Agentliyinin astronavtı Ceremi Hansen (Jeremy Hansen) yer alıb. “Orion” kosmik gəmisinin aprelin 10-da Sakit okeana eniş etməsi planlaşdırılır.
Teqlər: Artemis Orion Kosmos Ay







Vaxtında, Aydın, Lazımlı!


